Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
-lg.jpg)
21.11.2025-ci il tarixində Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının magistrantı Hacıyev Elvin Çingiz oğlunun elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi qeyd etmişdir ki, bu tədqiqat işində dəmir ionlarının (Fe³⁺ və Fe²⁺) elektroreduksiya prosesi araşdırılmışdır. Elektroreduksiya — ionların elektrik cərəyanı təsiri ilə elektron qəbul edərək metal halına keçməsi prosesidir. İş zamanı müxtəlif elektrod materialları, elektrolit mühitləri və gərginlik dəyərləri istifadə edilərək dəmir ionlarının elektroreduksiyası üçün optimal şərtlər müəyyən edilmişdir. Tədqiqat nəticəsində Fe³⁺ → Fe²⁺ və Fe²⁺ → Fe° keçidləri üçün potensial fərqləri və reaksiya kinetikası təhlil olunmuş, prosesin mexanizmi izah edilmişdir. Bu araşdırma elektrokimya, metallurgiya və batareya texnologiyaları üçün praktiki əhəmiyyət daşıyır.