Kimya fakültəsində növbəti elmi seminar keçirilib
30 mart 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi "Fiziki və kolloid kimya" kafedrasında "Metanolun dimetoksimetana çevrilməsi üçün V, Zr əsaslı katalizatorların işlənməsi" mövzusunda elmi seminar keçirilmişdir.
Məruzəçi Məhərrəmova Lalə Gülbala qızı “Metanolun çevrilməsi proseslərində” katalizatorların aktivliklərinin müəyyən edilməsi və onların tətbiq imkanlarının araşdırılması, V–Zr, V–Mo, V–Fe, Zr–Mo, Zr–V–Fe, Zr–V–Mo ərintiləri əsasında katalizatorların sintezi, sintez olunmuş ərintilərin oksidləşmə-reduksiya proseslərində tədqiqi, metanolun oksidləşdirici-dehidrogenləşmə və dehidratlaşma reaksiyalarında aktivliklərin öyrənilməsi, katalitik sistemlərin aktivliklərin formalaşmasına reaksiya mühitinin təsirinin müəyyən edilməsindən bəhs etmişdir. O, həmçinin metanolun çevrilməsi proseslərində müxtəlif katalizatorların tətbiqi, metanolun dimetoksimetana, formaldehidə, dimetil efirinə çevrilməsi reaksiyalarının aktiv katalizatorların iştirakında kinetik qanunauyğunluqların öyrənilməsi və metanolun perspektiv çevrilmə məhsullarından olan dimetoksimetan haqqında məlumat vermişdir.
Maraqlı müzakirələrdən sonra elmi seminar öz işini yekunlaşdırmışdır.