“Gazelli Art House”-a ekskursiya təşkil olunub
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr üçün “Gazelli Art House”-a ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi tələbələrin elm və incəsənət arasında olan əlaqəni yaxından müşahidə etməsi, həmçinin mədəni zövqlərinin inkişafına töhfə vermək olub. Tələbələr müasir incəsənət nümunələri ilə tanış olaraq, Azərbaycanın və xarici rəssamların əsərlərinə böyük maraq göstəriblər. Ekskursiya zamanı tələbələr suallar verərək interaktiv müzakirələrdə fəal iştirak ediblər. Onlar üçün bu səfər həm maarifləndirici, həm də ilhamverici bir təcrübə olub. Tələbələr qeyd ediblər ki, bu cür tədbirlər onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Sonda iştirakçılar xatirə şəkilləri çəkdirərək günü xoş əhval-ruhiyyə ilə yekunlaşdırıblar.