"Gənc İstedadlar" Liseyində görüş keçirildi
14 May 2025 16:38
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatı (TGT)-nin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc İstedadlar" Liseyində maarifləndirici görüş keçirildi. Bu tədbir orta təhsil müəssisələrində BDU-nun fəaliyyəti, elm, təhsil və sosial fəaliyyəti, beynəlxalq əlaqələrindən bəhs edən infosessiyaların təşkil edilməsi indiqatoruna əsasən təşkil edilmişdir. Tədbirin məqsədi şagirdlərə ali təhsil və elmi fəaliyyət barədə məlumat vermək, onları kimya elminə daha da maraqlandırmaq və gələcək peşə seçimində dəstək olmaq idi. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Mehriban Ağabəyli öz çıxışında belə təşəbbüslərin gənc nəslin maariflənməsi və motivasiyası baxımından mühüm rol oynadığını qeyd edib, həmçinin tədbirin təşkilinə göstərilən dəstəyə görə universitet və lisey rəhbərliyinə təşəkkürünü bildirib. Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Dərya Həsənova çıxış edərək fakültənin elmi-tədris mühiti, tələbə fəaliyyəti və əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib. O, həmçinin şagirdlərlə karyera planlaması, universitet həyatına hazırlıq və kimya sahəsində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb. Tədbirin sonunda iştirakçılara Kimya fakültəsinin fəaliyyəti və tələbə həyatını əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarx şagirdlərdə universitet həyatına dair maraq oyadıb və fakültənin müxtəlif istiqamətlərdəki imkanlarını vizual şəkildə təqdim edib. Görüş qarşılıqlı maraq, aktiv iştirak və səmimi müzakirələrlə zəngin keçib. Şagirdlər verilən məlumatlardan məmnun qaldıqlarını bildirərək bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar.
Son XƏBƏRLƏR
20.05.2025 | 10:59
“Həyatın özüdür kimya” tədbiri
19.05.2025 | 14:35
“Kimyanın möcüzələr aləmi” adlı tədbir keçirildi
19.05.2025 | 14:16
Pedaqoji təcrübədə açıq dərslər
14.05.2025 | 16:46
“Ekoloji təmiz yaşıl yanacaqlar” mövzusunda tədbir keçirildi
12.05.2025 | 16:16