Gənclər - Narkomaniyaya qarşı
31.03.2023-cü il tarixində Bakı Dövlət Universiteti Kimya və Biologiya fakültələri Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə "Gənclər - Narkomaniyaya qarşı” adlı tədbir keçirilmişdir. Tədbirdə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli bildirdi ki, gənclərin layiqli vətəndaşlar kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas vəzifələrindən biridir. Gənclərin narkomaniya barədə məlumatlılıq səviyyəsi nə qədər çox olsa, nəticə o qədər yaxşı olar, gənclər çox vaxt narkotik vasitələr barədə məlumatsız olur və təsir altına düşürlər. Gənclərin maarifləndirmə və məlumatlandırması günümüzün aktul məsələsi olmalıdır. Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Fatimə Atakişiyeva psixoloji asılılıq yaradan bitkilər, onların insan orqanizminə vurduğu zərərlərlər haqqında geniş məlumat vermişdir. Tədbir videoçarxın nümayiş olunması ilə yekunlaşmışdır.