“Green Industry 4.0" adlı təlim keçirilib
Bakı Dövlət Universiteti Kimya fakültəsi nəzdində fəaliyyət göstərən ChemXplorers Elm Klubunun təşkilatçılığı ilə kimya sahəsində təhsil alan tələbələr üçün klub sədri Nailə Tağıyevanın moderatorluğu ilə "Yaşıl Dünya naminə Həmrəylik ili"nə həsr olunmuş “Green Industry 4.0" adlı təlim keçirilib. Təlimdə "SOCAR DOWNSTREAM" şirkətinin istehsal mühəndisi Toğrul Qurbanlı yaşıl sənayedə baş verən dəyişikliklər və yeniliklər, 4-cü sənaye inqilabı zamanı elektronlaşma, rəqəmsallaşma və elmi-texniki tərəqqidəki nailiyyətlər haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, qlobal idarəetmə sistemində kimyanın, kimyəvi texnologiyanın və sənayedə baş verən bütün proseslərin rolu böyükdür. Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında müzakirələr aparılmışdır. Təlimin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkilmişdir.