Alkenilfenollar kimyası ETL-də növbəti Elmi seminar
Kimya fakültəsində Neft kimyası və kimya texnologiyası kafedrasının nəzdində olan “Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günay Mehdiyevanın təqdimatında “Alkeniləvəzli 1,3-benzoksazinlərin və onların törəmələrinin sintezi və tədqiqi” mövzusunda Elmi seminarı keçirilmişdir.
Seminarda Günay Mehdiyeva alkeniləvəzli 1,3-benzoksazinlərin sintezi və onların antimikrob, korroziya inhibitoru kimi xassələri, neftçıxarmada sulfatreduksiyaedici bakteriyaların qarşısını alan reagentlər kimi, eləcə də onlar əsasında xətti və tikili polimerlərin alınması və onların tətbiq sahələrinin araşdırılması barədə ətraflı məlumat verilmişdir.
Günay Mehdiyeva onu da qeyd etmişdir ki, seminarın mövzusuna aid tədqiqatların nəticələri beynəlxalq indeksləşmiş jurnallarda dərc olunmuşdur. Həmçinin aparılan işlərə dair 2 sınaq aktının əldə olunduğu qeyd edilmişdir.
Seminarın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr keçirilmişdir.