"Hər şey yaşıl dünya naminə" adlı tədbir keçirilib
Kimya və Fizika fakültəsi “BDU Könüllüləri" təşkilatının birgə əməkdaşlığı ilə "Hər şey yaşıl dünya naminə" adlı tədbir keçirilib. Tədbirdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış zamanı bildirdilər ki, COP29 tədbirinin təşkili iqlim dəyişikliyi və bu tədbir çərçivəsində ekoloji problemlərlə mübarizədə görülən mühim tədbirdir. Bu tədbir ölkəmizin həqiqətlərinin, işğalçı ermənistanın ərazi bütövlüyümüzə etdiyi təcavüzün yaratdığı ekoloji fəsadların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rola malikdir. COP29-a ev sahibliyi edəcək ölkə kimi beynəlxalq ictimaiyyətin Azərbaycana və görülən işlərə verdikləri qiymət o cümlədən dövlətimizin yaşıl enerji sahəsindəki fəaliyyəti, yaşıl enerjiyə keçidlə əlaqədar ölkə başçısının apardığı siyasət və verdiyi sərəncamlar, qazanılan uğurlar haqda ətraflə məlumat verildi.
Kimya fakültəsi üzrə sədr Röyal Yusifli və Fizika fakültəsi üzrə sədr Aydan Rüstəmli tədbirin əsas məqsədini, COP29 önəmini, gənclərin iqlim dəyişikliyinə olan münasibətini, təşəbbüsləri, Azərbaycanın beynəlxalq tədbirə ev sahibliyinin əhəmiyyətini, ölkənin bu sahədə gördüyü işlərin qlobal səviyyədə tanınmasını tələbələrin nəzərinə çatdırdılar. Tədbidə yeni nəsil innovasiyaların ətraf mühitin qorunmasında rolu hqqında tələbələrdən ibarət komandalar arasında intelektual yarış kecirildi. Komanda üzvləri müxtəlif ölkələrin ekoloji problemlərlə mübarizəsində görə biləcəkləri tədbirlər ilə bağlı layihələrini təqdim etdilər. Tədbirin sonunda ən yaxşı layihəni irəli sürən komanda mükafatlandırıldı.