"Heydər Əliyev-Dövlətçilik məfkurəsinin və Xilaskarlıq missiyasının ulu zirvəsi" adlı tədbir keçiirlib
2 May 2025 16:14
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Bakı Dövlət Universitetində YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və Bakı Dövlət Universiteti Kimya fakültəsi ilə birgə “Heydər Əliyev-Dövlətçilik məfkurəsinin və Xilaskarlıq missiyasının ulu zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə YAP, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, prof. Zahid Cəfərov, Bakı Dövlət Universiteti Kimya fakültəsinin dekanı dos. Fuad Kərimli, Neft kimyası və kimya texnologiyası kafedrasının professoru Qasım Hüseynov ərazi üzrə Partiyanın fəalları, Kimya fakültəsinin müəllim-professor heyəti və tələbələr iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. İştirakçıları salamlayaraq tədbiri giriş nitqi ilə açan “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirdi ki, Ümummmilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri tariximizin şanlı səhifələrini təşkil etməkdədir. Milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışına davam edən Z.Cəfərov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlər və suverenliyimizin tam bərpa olmasıdır. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir və həmin ideyalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı Dövlət Universiteti Kimya fakültəsinin dekanı Fuad Kərimli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. İftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Sonda çıxış edən Neft kimyası və kimya texnologiyası kafedrasının professoru Qasım Hüseynov qeyd edib ki, Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Ulu öndər Heydər Əliyev yolu mustəqil Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Bu siyasətin ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirin sonunda yeni üzvlərə Partiya vəsiqələri və fəxri fərman təqdim edilib.
Son XƏBƏRLƏR
02.06.2025 | 16:14
BDU-da yaz imtahan sessiyası başlayıb
26.05.2025 | 16:05
Kimya fakültəsinin tələbələri “İlin tələbəsi” və “İlin qrup nümayəndəsi” nominasiyaları üzrə təltif olundu
26.05.2025 | 15:45
“Müstəqillik yolunda: 1918-dən bu günə” adlı tədbir keçirilib
23.05.2025 | 11:22