Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olundu
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə fakültənin birinci kurs tələbələri üçün universitet daxilində fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olundu. Ekskursiya zamanı muzeyin əməkdaşı Afət Seyidzadə tərəfindən tələbələrə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycançılıq ideologiyasının formalaşmasındakı rolu, ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələr və milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlər haqqında geniş və ətraflı məlumat verildi. Eyni zamanda tələbələr muzeydə nümayiş olunan nadir eksponatlar, tarixi sənədlər, fotoşəkillər və müxtəlif arxiv materialları ilə yaxından tanış olaraq, bu irsin mahiyyətini daha dərindən anlama imkanı əldə etdilər.