Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub
12 May 2025 11:17

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT), “BDU Könüllüləri” Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə birətəşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində universitetin nəzdnində fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələr Ulu Öndərin keçdiyi şərəfli həyat yolu, siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı mühüm rol, eləcə də müasir Azərbaycanın qurulmasında xidmətləri haqqında ətraflı məlumat əldə ediblər. Muzeydə sərgilənən eksponatlar, fotoşəkillər və sənədlər tələbələrdə dərin təəssürat yaradıb. Bu ekskursiya, tələbələrdə tarixi biliklərin artırılması, vətənpərvərlik hisslərinin gücləndirilməsi və Heydər Əliyev irsinin gənc nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20