Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
6 May 2026 15:49

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir YSKM-25 qrupu və ingilis dili müəllimi dosent Gülşən Məhərrəmovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə universitetin yerli və xarici tələbələri iştirak edərək, dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş çıxışlar, təqdimatlar, videoçarxlar və müxtəlif proqramlarla yadda qalan anlar yaşayıblar. Bu gün Heydər Əliyev irsinin yaşadılması, onun dövlətçilik ideyalarının gələcək nəsillərə çatdırılması və milli ruhun gücləndirilməsi baxımından bu kimi tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Dahi liderin xatirəsi daim ehtiramla anılır və onun zəngin siyasi irsi gənclər üçün bir yol xəritəsi olaraq qalır. Tədbirin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edirik.
Son XƏBƏRLƏR
02.11.2026 | 16:31
Bir qrup müəllim və şagirdinin Kimya fakültəsinə ekskursiyası təşkil olunub
02.11.2026 | 16:24
“Xarı bülbülün zəfər nəğməsi” adlı tədbir keçirilib
30.10.2026 | 16:26
Üzvi kimya kafedrasının əməkdaşlarının elmi-tədqiqat layihəsi müsabiqənin qalibi olub
28.10.2026 | 13:57
8 Noyabr - Zəfər Gününün 6-cı il dönümü münasibəti ilə Hərbi Memorial Məzarlığa yürüş keçirilib
27.10.2026 | 13:17