Heydər Əliyevin milli mənəvi dəyərlərə qayğısı
Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "Heydər Əliyevin milli mənəvi dəyərlərə qayğısı" adlı tədbir keçirilmişdir. Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov Müasir Azərbaycan Dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, milli dövlətçiliyin gücləndirilməsi, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirməsi istiqamətində apardığı islahatlardan, azərbaycançılıq ideologiyası, ana dilimizin cəmiyyətdəki nüfuzunun artırılması istiqamətində apardığı məqsədyönlü siyasətdən, azərbaycan dili və ədəbiyyatının, mədəniyyətinin inkişafına verdiyi əvəzolunmaz töhfələr barədə danışıb. O bildirdi ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühim istiqamətini təşkil edirdi və bu ideologiyadan bəhrələnən gənclər müzəffəz Ali Baş komandanın rəhbərliyi 44 günlük “Vətən müharibəsi”-də qəhrəmanlıq dastanı yazdı. Tədbirdə Kimya fakültəsi II kurs tələbəsi Mehriban Ağabəyli Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda dövlət quruculuğunun, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlərindən, xalqın milli-mənəvi sərvətlərinin qorunub saxlanması və inkişafı üçün hüquqi bazanı yaradılmasındakı xidmətlərindən bəhs etmişdir. Fakültənin I kurs tələbəsi Səbuhi Haqverdiyev bildirmişdir ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Ümumilli lider yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını milli-mənəvi dəyərlərə sağlam düşüncəli münasibət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi beynəlxalq aləmdə tanındı. Kimya fakültəsinin I kurs tələbəsi Nailə Tağıyevanın moderatorluğu ilə baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin milli mənəvi dəyərləmizə göstərdiyi qayğıya həsr edilmiş videoçarx nümayiş etdirilib.