“Hidrotermal üsulla karbon kvant nöqtələrinin dopinqi və sintezi” mövzusuna həsr olunmuş elmi seminar təşkil olunub
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi seminar keçirilmişdir. Seminar müasir kimya sahəsinin aktual istiqamətlərindən biri olan “Hidrotermal üsulla karbon kvant nöqtələrinin dopinqi və sintezi” mövzusuna həsr olunmuşdur. Seminarda Kimya fakültəsinin 3-cü kurs tələbələri Məmmədov Rəsul və Quliyeva Rəvanə çıxış etmişlər. Tədqiqat işinin elmi rəhbəri kimya üzrə fəlsəfə doktoru Türanə Babayeva olmuşdur. Məruzələrdə karbon kvant nöqtələrinin hidrotermal üsulla sintezinin əsas mərhələləri, bu metodun üstünlükləri və tətbiq imkanları geniş şəkildə izah olunmuşdur. Eyni zamanda dopinq strategiyaları, müxtəlif heteroatomların daxil edilməsi ilə materialın optik və elektron xüsusiyyətlərinin tənzimlənməsi məsələləri diqqətə çatdırılmışdır. Çıxışlarda həmçinin bu materialların ətraf mühit problemlərinin həllində potensial tətbiqləri, eləcə də dopinq prosesində qarşıya çıxan bəzi çətinliklər və məhdudiyyətlər barədə məlumat verilmişdir. Seminar zamanı mövzu ətrafında müzakirələr aparılmış, iştirakçılar tərəfindən suallar ünvanlanmış və elmi fikir mübadiləsi həyata keçirilmişdir.