I kurs tələbələri Heydər Əliyev Muzeyinə ekskursiya ediblər

Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə I kurs tələbələri Heydər Əliyev Muzeyinə ekskursiya ediblər.
Ekskursiya çərçivəsində tələbələr Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər və digər eksponatlarla tanış olublar. Muzeydə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlər, dövlətçilik fəaliyyəti və Bakı Dövlət Universiteti ilə bağlı mühüm məqamlar haqqında ətraflı məlumat əldə edilib.
Bu ziyarət tələbələrin tariximiz, milli dövlətçilik ənənələrimiz və Ulu Öndərin irsi haqqında biliklərinin zənginləşməsinə, eyni zamanda onların dünyagörüşünün genişlənməsinə töhfə verib.