İkili diplom üzrə əməkdaşlıq davam edir
K.İ.Satpayev adına Kazaxıstan Milli Tədqiqat Texniki Universitetinin professoru Rinat İskakov Bakı Dövlət Universitetinin qonağı olmuşdur. Kimya fakültəsinin dekanı Fuad Kərimli, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rauf Həsənovla görüşlərdə Bakı Dövlət Universiteti və Qazaxıstan Satbayev Universiteti arasında bağlanmış ikili diplom müqaviləsindən irəli gələn məsələlər, magistranların mübadiləsi, birgə diplom müdafiələrinin təşkili, gələcək əməkdaşlığın digər aspektrləri müzakirə edilmişdir.
Qonaq BDU-da ona qarşı göstərilən qonaqpərvərliyə, Neft kimyası və kimya texnologiyası kafedrasının professor-müəllim heyəti, doktorant və aspirantlarları ilə görüşə, eləcə də fakültənin maddi-texniki bazası ilə tanışlığa görə təşəkkürünü bildirmişdir.