“İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb
2 Fevral 2024 09:39

Bakı Dövlət Universitetində (BDU) 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseyn-zadə təbiət və texnika elmləri üzrə ən yüksək nəticə göstərərək “İlin gənc alimi” seçilib.
Qeyd edək ki, BDU artıq dörd ildir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20