"İMTAHAN PSİXOLOGİYASI" ADLI ONLAYN TƏDBİR
25 May 2021 11:51

25.05.2021-ci ildə Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "İmtahan psixologiyası" adlı onlayn seminar keçirilmişdir. Seminar Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü İsgəndərova Məryəmin moderatorluğu ilə keçirilmişdir. Psixologiya Elmi Tədqiqat İnstitutunun psixoloqu Səbinə Ələkbərova tələbələrə imtahan həyacanının aradan qaldırılması ilə bağlı məsləhətlər vermiş və tələbələrin çoxsaylı suallarını cavablandırmışdır. Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov çıxış etmiş və tələbələrə imtahan sessiyasında uğurlar arzulamışdır.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20