“İmtahan psixologiyası” adlı seminar
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "İmtahan psixologiyası" adlı onlayn seminar keçirilib.
Seminarda təlimçi Psixologiya Elmi-Tədqiqat İnstitutunun psixoloqu Səbinə Ələkbərova imtahanın yalnız qazanılmış biliklərin deyil, eyni zamanda insanın psixoloji davamlılığının sınaqdan keçirilməsi mərhələsi olduğunu qeyd edib. Psixoloq imtahandan uğurla keçmək üçün, özünüqiymətləndirmənin səviyyəsini yüksəltmək, özgüvəni artırmağın vacib olduğunu vurğulayıb, imtahan ərəfəsində həyacanı azaldan vasitələrdən bəhs edib.
Kimya fakültəsi TGT sədri Əli Qədirli çıxış edərək seminarın imtahan sessiyasına hazırlaşanlara dəstək vermək məqsədilə həyata keçirildiyini bildirib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov seminarın imtahan verənlərin gərginliyinin azalmasına, diqqətin və hazırlığın səmərəsinin artmasına, imtahan nəticələrinin yüksəlməsinə və alınan nəticələrdən düzgün nəticələr çıxarılmasına töfhə verə biləcəyini bildirib.
120 nəfərdən çox tələbənin iştirak etdiyi seminar sualların cavablandırılması ilə başa çatıb.