İnteraktiv təlim mövzusunda elmi seminar
16 may 2022-ci il tarixində Kimya fakültəsində Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Arzu Əbülfət qızı Paşayevanın təqdimatında “İnteraktiv təlim metodunda motivasiyanın yaradılması və öyrədilməsi yolları” mövzusunda elmi seminar keçirilmişdir.
Arzu Paşayeva təqdimatında fəal-interaktiv təlimin mahiyyətini, dərsin səmərəliliyini təmin edən psixoloji mexanizmləri, interaktiv təlim metodlarının səciyyəvi xüsusiyyətlərini, prinsiplərini, təlim üsullarını mövzular üzərində geniş izah etmişdir. Motivasiya nədir? Yaradılması və öyrədilməsi haqqında izah vermişdir. .
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr keçirilmişdir.