İstehsalat təcrübəsi davam edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin tədris-istehsalat təcrübələri uğurla davam edir. Tədris-istehsalat təcrübələrində tələbələr aşağıda adları qeyd olunan istiqamətlərdə aparılan elmi araşdırmalarla yaxından tanış olurlar.
-Funksional materialların komponentlərinin sintezi
-Dəmir və titan tərkibli filiz xammalının emalı
-Nanostrukturlaşdırılmış metal- polimer katalizatorları
-Əlvan metal tərkibli mineral xammalın emalı
-Nanoelektrokimya və elektrokataliz
-Molekulyar maqnetiklər və keçiricilər
-Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə
-Keçid elementlərinin xalkogenidləri
-Monooksigenaz reaksiyalarının modelləşdirilməsi
-Analitik kimya
-Kompozisiya örtük materialları və korroziyadan mühafizə
-Nadir metalların kompleks birləşmələri
-Metal - klatrat birləşmələr
-Biomimetik sensorlar və azot-1 oksidlə oksidləşmə
-Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar
-Nanokompozit katalizatorlar