İstehsalat təcrübəsi davam edir
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimya ixtisasının ingilis bölməsi üzrə IV kurs K09İ qrup tələbələrinin Azərbaycan Qida Təhlükəsizlik İnstutunda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətində istehsalat təcrübəsi davam edir.
Tələbələr may ayının sonuna qədər laboratoriyalarda fiziki-kimyəvi analiz metodları ilə işləmək bacarıqlarını daha da təkmilləşdirəcək, ölkəyə idxal olan, ölkədən xaric olunan hər növ qida məhsullarının, qida əlavələrinin, dərman preparatlarının, gübrələrin, baytarlığa aid olan idxal və ixrac olunan bütün məhsulların, bitkiçilik, kənd təsərrüfatı məhsullarının analizi, kimyəvi müayinəsi istiqamətlərində təcrübi biliklər toplayacaqlar. Qrafikə uyğun olaraq istehsalat təcrübəsinin müddəti ərzində təcrübəçi tələbələrə aparılan analizlər haqqında ətraflı məlumat verir, həmçinin analitik cihaz və avadanlıqlardan istifadə vərdişləri aşılayırlar. Tələbələr təcrübə dövründə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini, həmçinin İCP cihazı vasitəsilə insan orqanizmi üçün təhlükəli sayılan toksik xarakterli ağır və digər metalları öyrənirlər. Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştirakı elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biridir.