IV kurs tələbələrinin tədris-istehsalat təcrübələri davam edir
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar kimyası institutu, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda tədris-istehsalat təcrübələri uğurla davam edir. Tələbələr mayın sonuna qədər bu institutlarda elmi-tədqiqat işlərinə cəlb edilərək öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcək, cihaz və avadanlıqların iş prinsipi, aparılan tətdqiqatların mahiyyəti, eləcə də məzmunu ilə yaxından tanış olacaq, müasir kimyanın aktual problemləri, o cümlədən yağlara-yanacaqlara əlavələr, sürtkü materialları, neft kimyası və neft-kimyəvi sintez, tətbiq əhəmiyyətli yeni materiallar hazırlanması istiqamətlərində təcrübi biliklər toplayacaqlar. Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştrakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu adımlardan biri hesab olunur.
İnstitut rəhbərlikləri ilə görüşlərdə yaratdıqları şəraitə görə Bakı Dövlət Universitetinin rəhbərliyinin təşəkkürləri bildiririlmişdir!