Kəbirə xanım İskəndərovanın 75 illik yubileyi keçirilib
Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının baş müəllimi İskəndərova Kəbirə Əbdüləhəd qızının 2022-ci il oktyabr ayının 15-də 75 yaşı tamam olmuşdur.
K.Ə.İskəndərova 1970-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək birbaşa təyinatla Fiziki və kolloid kimya kafedrasında laborant vəzifəsində saxlanılmışdır. 1974-ci ildə Fiziki və kolloid kimya kafedrasında müsabiqə yolu ilə assistent vəzifəsinə keşirilmişdir. 1991-ci ildən etibarən həmin kafedrada baş müəllim vəzifəsində çalışır.
K.Ə.İskəndərova işlədiyi müddətdə üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlmiş, həmişə tələbələrin və kollektivin hörmətini qazanmışdır. Elmi-pedaqoji fəaliyyəti müddətində bir sıra elmi əsərlərin müəllifidir.
Fakültə kollektivi adından Kəbirə xanımı təbrik edib, uzun ömür, cansağlığı arzu edirik!