Kimya fakültəsinin Elmi Şurasının 2022/2023-cü tədris ilində son iclası
11 iyul 2023-cü il tarixində Kimya fakültəsinin Elmi Şurasının 2022/2023-cü tədris ilində son iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- 2022-2023-cü tədris ilinin yaz sessiyasının nəticələri
- Fakültə dekanını hesabatı
- Cari məsələlər
Elmi Şuranın sədri, fakültə dekanı Fuad Kərimli Elmi Şuranın gündəliyini şura üzvlərinin müzakirəsinə təqdim etdi. Elmi şura sədri fakültədə 2022-2023-cü tədris ilinin yaz sessiyasınin nəticələri, bu müddətində görülmüş işlər, keçirilmiş konfranslar və seminarlar, ustad dərsləri, sosial tədbirlər barədə geniş məlumat verdi. Şura üzvləri hesabatının yüksək qiymətləndirildiyini bildirdilər və hesabatın qənaətbəxş qəbul olunmasının təklif etdilər. Hesabat fakültə Elmi Şurasının üzvlərinin səsverməsi ilə qəbul olundu.
Cari məsələ olaraq “Analitik kimya” kafedrasının əməkdaşları professor Famil Çıraqov, professor Xəlil Nağıyev və dosent Gülşən Muğalova tərəfindən bakalavr pilləsi üçün hazırlanan “Kimya-050504” ixtisası üzrə “Analitik kimya-1 İPF-B06.1”, “Analitik kimya-2 İPF-B06.2” (azərb. və rus dillərində) və “Kimya müəllimliyi-050111” ixtisası üzrə “Analitik kimya-1 İPF-B10.1” və “Analitik kimya-2 İPF-B10.2” koduna uyğun fənlərin (azərb. və rus dillərində) fənn proqramlarının və “Ümumi və qeyri-üzvi kimya” kafedrasının əməkdaşları k.e.d., dosent Yasin Cəfərov, professor Teymur İlyaslı və professor Fuad Sadıqovun 2303.01- «Qeyri-üzvi kimya» ixtisası üzrə fəlsəfə doktoru proqramı əsasında doktorluq imtahanı üçün tərtib etdikləri proqramı müzakirə edildi.
Sonda fakültə dekanı Fuad Kərimli məzuniyyət dövründə əməkdaşlara xoş istirahətlər arzuladı və bununla fakültə Elmi Şurasının iclası başa çatdı.