Kimya fakültəsi Gənc Alimlər Şurasının iclası keçirilib
3 Fevral 2025 14:33

3 fevral 2025-ci il tarixində Kimya fakültəsi Gənc Alimlər Şurasının iclası keçirilib. İclasda Şuranın sədri Turanə Babayeva 2024-cü ildə görülmüş işlərdən danışıb. O, təşkilatı məsələlərin həll olunduğunu və fakültənin magistrantları və gənc tədqiqatçıları arasında iş aparıldığını qeyd edib. Fakültə dekanı müavinləri Taleh Qəhrəmanov, Farid Nağıyev Gənc Alimlər Şurası qarşısında duran vəzifələri, həmçinin Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin gücləndirilməsinin, istedadlı tələbələrin üzə çıxarılmasının, onların kafedralarda və elmi-tədqiqat laboratoriyalarında aparılan elmi işlərə cəlb edilməsinin zəruriliyini diqqətə çatdırdılar. Gənc alimlər aktul mövzular üzrə elmi seminarların təşkilinin, həmin seminarlara tələbələrin cəlb edilməsinin əsas vəzifələrdən olduğunu bildirdilər. İclasda Şuranın 2025-ci il üçün fəaliyyət planı müzakirə edildi.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20