Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə elmi seminar
12 may 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə "Ali yağ turşularının metil ve etil efirləri dizel yanacağının komponenti kimi" mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminarda Neft kimyası və kimya texnologiyası kafedranın II kurs magistrantı Sahilə Hüseynova məruzə etmişdir. Məruzədə dizel mühərrikləri üçün alternativ yanacaq hesab edilən biodizel həm təmiz formada, həm də dizel yanacağı ilə birlikdə müxtəlif nisbətlərdə qarışıq şəklində istifadəsindən, biodizel yanacağının potensial üstünlüklərindən, ölkəmizdə bu istiqamət üzrə hansı işlərin aparılmasından, hal-hazırda dünya iqtisadiyyatında bu mövzunun aktuallığı barəsində məlumat verilmişdir.
Daha sonra Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov mövzu barədə əlavələrini qeyd etmiş, tələbələrlə və müəllimlərlə qarşılıqlı müzakirə apardıqdan sonra, seminar sualların cavablandırılması ilə sonlandırılmışdır.