Kimya fakültəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi

Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU Könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə fakültənin müəllim və tələbə heyəti iştirak etdi. Tədbirin açılışında iştirakçılar salamlanaraq qadınların cəmiyyətdəki rolu, onların elm, təhsil və sosial həyatda göstərdikləri fəaliyyətin əhəmiyyəti vurğulandı. Daha sonra söz Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanova verildi. O, çıxışında qadınların cəmiyyətdəki mühüm rolundan bəhs edərək bütün xanımları bu əlamətdar gün münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. Tədbirin davamında fakültənin tələbələri də çıxış edərək 8 Martın əhəmiyyətindən danışdılar. III kurs tələbəsi Nəzrin Ağazadə, I kurs tələbələri Səkinə Zeynalova və Ləman Babayeva qadınların həyatımızdakı dəyərindən bəhs edən çıxışlarla tədbirə rəng qatdılar. Tədbirin bədii hissəsində I kurs tələbəsi Elay Kərimli “Ay Xanım Xanım” mahnısını ifa edərək iştirakçılara xoş anlar yaşatdı. Daha sonra Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi. Sonda qeyd olundu ki, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda təşkilatçılar bütün iştirakçılara təşəkkürlərini bildirdilər.