Kimya fakültəsində Elm gününə həsr olunmuş tədbir keçirilmişdir
Kimya fakültəsində Azərbaycanda Elm günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültə dekanı Fuad Kərimli ölkə başçısı İlham Əliyevin hər il 27 martda Elm gününün keçirilməsi haqqında 09 aprel 2018-ci il tarixli sərəncamı, sərəncamdan irəli gələn məsələlər və ölkəmizdə bu günün əhəmiyyəti barədə tədbir iştirakçlarını məlumatlandırdı və Elm günü münasibəti ilə Kimya fakültəsinin əməkdaşlarını təbrik etdi. Kimya fakültəsində son bir ildə elmi tədqiqat sahəsində əldə olunmuş nəaliyyətləri haqqında məlumat verdi. Fuad Kərimli kimyaçıların Azərbaycan elmində xüsusi çəkisinin olduğunu qeyd etdi. O bildirdi ki, Kimya fakültəsində ötən 1 il ərzində 175 məqalə çap olunmuşdur. Onlardan 101-ə indkslənmiş jurnallardadır. Fakültənin təşkilatçılığı ilə 2 Respublika Elmi konfransı keçirilmişdir. 7 mühüm elmi nəticəmiz AMEA-nın əldə olunmuş mühüm nəticələrinə daxil edilmişdir. Fakültəmizin əməkdaşı Ələkbər Hüseyinzadə ilin gənc alimi adına laiq görülmüşdür. Gənclərin elmə marağının artırılması məqsədilə fakültəmizdə tələbələr arasında Respublika olimpiadasının keçirilməsinə statr verilmişdir. Fakültəmizin tələbələri Beynəlxalq olimpiadada I, II və III yerlərə laiq görülmüşlər. Ölkəmizdə COP 29 –un bu ilin noyabr ayında keçirildiyini nəzərə alaraq bu sahədə aparılan elmi tədqiqat işlərinə marağın artdığını qeyd etdi. Kimya fakültəsində də bu sahədə elmi işlərə üstünlük verildiyini bildirdi.
Tədbirdə Elm günü ilə əlaqədar olaraq “Azərbaycanın təbii ehtiyyatları gələcəyin yaşıl enerjisi kimi” mövzusunda çıxış edən Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov hazırda dünyada istifadə edilən enerji mənbələri, bu mənbələr içərisində yaşıl enerjinin payı, planetin üzləşdiyi ekoloji problemlər, bu problemlərin həllində Azərbaycanın atdığı addımlar, yaşıl enerjinin payının artırılması istiqamətində ölkə başçısının apardığı siyasət, yaşıl enerji ilə əlaqədar Neft kimyası və kimya texnologiyası kafedrasında görülən işlər haqqında məlumatlar verdi.
Tədbir iştirakçıları maraqlandıran suallar və onların cavablandırılması ilə yekunlaşdırıldı.