Kimya fakültəsində Elm Gününə həsr olunmuş ustad dərsi keçirilib

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Elm Gününə həsr olunmuş ustad dərsi təşkil olunmuşdur. Ustad dərsi “Termal günəş enerji sistemləri” mövzusunda k.e.d. Sadiq Quliyev tərəfindən keçirilmişdir. Dərs zamanı seçici günəş absorberlərinin istehsal texnologiyaları haqqında geniş məlumat verilmiş, müxtəlif metodlarla hazırlanmış seçici səthlərin spektral göstəricilərinin müqayisəli təhlili aparılmışdır. Həmçinin absorberlərin əsas xarakteristikaları olan α-absorbsion və ε-emissiya əmsalları, eləcə də absorberlərin verimi barədə iştirakçılara ətraflı izah təqdim olunmuşdur. Ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Tədbir elmi biliklərin artırılması və müasir enerji texnologiyaları sahəsində məlumatlılığın genişləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.