Kimya fakültəsində elmi seminar keçirilib
10 mart 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya Fakultəsi Ümumi və Qeyri-üzvi kimya kafedrasında “Ln-BV-X üçlü sistemlərdə kimyəvi qarşılıqlı təsirin xarakteri” mövzusunda elmi seminar keçirilmişdir.
Məruzəçi dosent Səba Məmmədova “Ln-BV-X sistemlərində” qarşılıqlı təsir xarakterinin müəyyən edilməsi, yeni üçlü yarımkeçirici fazaların alınmasının fiziki-kimyəvi əsaslarının işlənməsi, Ln-BV-X sistemlərində faza tarazlıqlarının müxtəlif politermik kəsiklər üzrə tədqiq edilməsi, öyrənilən kəsiklərin T-X diaqramlarının qurulması, Ln-BV-X üçlü sistemlərinin T-X-Y hal diaqramlarının qurulması, Ln-BV-X tədqiq edilən sistemlərdə alınan fazaların fərdi şəkildə ayrılması, alınan üçlü birləşmələrin fiziki-kimyəvi və kristalloqrafik parametrlərinin təyin edilməsi, onların elektrofiziki xassələrinin öyrənilməsi, sistemlərdə bərk məhlul sahələrinin aşkar edilməsi və onların tətbiq imkanlarının müəyyənləşdirilməsi haqqında məlumat vermişdir.
Maraqlı müzakirələrdən sonra Elmi seminar öz işini yekunlaşdırmışdır.