Kimya fakültəsində "Milli-mənəvi dəyərlər və Qarabağ" adlı onlayn tədbir keçirilib
20.02.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Milli-mənəvi dəyərlər və Qarabağ” adlı onlayn tədbir keçirildi. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə baş tutmuşdur. Tədbirdə Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov, dekan müavini Taleh Qəhramanov tədbir iştirakçılarını Milli mənəvi dəyərlərimiz, Qarabağ münaqişəsinin yaranma səbəbi, Ali Baş komandan İlham Əliyevin sərkərdə qüdrəti ilə şanlı Azərbaycan ordusun Zəfər yürüşü haqqında ətraflı çıxışları ilə maarifləndirmişdirlər. Tədbirdə Qarabağ müharibəsinin iştirakçısı, Kimya fakültəsinin məzunu Vüqar Əhmədov, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı BDU-nun Sənaye kimyası Elmi Tətqiqat Labaratoriyasının kiçik elmi işçisi Mircavid Ağayev də çıxış edərək Vətən müharibəsi zamanı azərbaycan oğullarını göstərdiyi qəhrəmanlıqları haqqında olan təəssüratlarını bölüşmüş, tələbələrlə kecdikləri döyüş yolu, şahidi olduqları hadisələr barədə ətraflı məlumat vermişlər. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri, Şəhanə Məmmədzadə, Məmmədova Nargin, İsmayılova Cahan və Mirzəyeva Şəbnəm tədbirin mövzsu üzrə çıxışlar etmiş, fakültənin ikinci kurs tələbəsi Yusifov Yusifin Vətən müharibəsi haqda hazırladığı videoçarx təqdim olunmuşdur. Tədbirdə “Gənclərimizin formalaşmasında qəhramanlarımızın nümunəsi” adlı esse müsabiqəsinin nəticələri açıqlanmışdır. Müsabiqənin nəticələrinə əsassən birinci yerə Mirzəyeva Gülçin, ikinci yerə Hüseynova Günel, üçüncü yerə isə Sadiqli Turanə layiq görülmüşdür. Tədbirdə fakültənin birinci kurs tələbəsi Məmmədova Zəkiyyənin Qarabağ və qəhrəman döyüşçülər haqda şer səsləndirmişdir. Tədbir tələbələri maraqlandıran sualların şavablandırılması ilə yekunlaşmışdı.