Kimya fakültəsində növbəti elmi seminar keçirilib
16 mart 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Analitik kimya kafedrası “Gümüşün bəzi sintetik sorbentlərlə qatılaşdırma metodlarının işlənilməsi” mövzusunda elmi seminar keçirmişdir.
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının əməkdaşı, məruzəçi dissertant Nərmin Tofiq qızı Əfəndiyeva yeni sintetik sorbentlərin sintezi, onların gümüş(I)-ə qarşı optimal xarakteristikalarının: pH-ın, metal ionunun ilkin qatılığının, zamanın, ion qüvvəsinin təsiri və həmçinin udulmuş gümüş ionlarının desorbsiya prosesini və sorbentlərin tətbiq imkanlarının müəyyənləşdirilməsi haqqında məlumat vermişdir.
Maraqlı müzakirələrdən sonar elmi seminar öz işini yekunlaşdırmışdır.