Kimya fakültəsində növbəti Elmi seminar keçirilib.
Kimya fakültəsində növbəti elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan Elmi işlər üzrə dekan müavini Elvin Məlikov fakültə əməkdaşlarını salamlayaraq pandemiya dövründə yaranan problemlərə baxmayaraq onlayn platformalarla seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra o, seminarın məruzəçisi, Üzvi kimya kafedrasının professoru Şıxaliyev Namiq Qürbət oğlunu və onun məruzə edəcəyi “Dihalogendiazadienlərin sintezi və onlardan üzvi sintezdə əlverişli sintonlar kimi istifadə edilməsi” mövzunu təqdim edib. Sonra Namiq Şıxəliyev çıxışına başlamış və çıxış iştirakçılarda maraq doğurmuşdur.
Məruzədə katalitik olefinləşmə reaksiyası, aldehid və ketonların N-əvəzolunmamış hidrazonlarının əsasi mühitdə, CuCl-in katalitik miqdarında, müxtəlif polihalogenalkanlarla reaksiyalarından müvafiq heminal dihalogen əvəzli olefinlərin sintezi haqqda iştirakçılara məlumat verilmişdir. Qeyd edilmişdir ki, tədqiqat işində alınmış yeni nəticə əvvəlki katalitik olefinləşmə reaksiyasından üstün cəhətlərə malikdir. Belə ki, reaksiya məhsulunun tərkibində iki funksional reaksiya mərkəzlərinin, həm heminal dihalogen əvəzli ikiqat rabitənin, həm də azo qrupun olması (qoşulmuş dixlordiazabutadien) onların üzvi sintez baxımından nə qədər əhəmiyyətli sinton olduğunu göstərir.
Elmi seminar iştirakçıların sualları və müzakirələrlə davam etmişdir.