Kimya fakültəsində növbəti elmi seminar keçirilib
18 aprel 2022-ci il tarixində Kimya fakültəsində Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Balayeva Ofeliya Oqtay qızının «Zn - Al laylı ikili hidroksidlər və polivinil spirti əsasında polimer nanokompozitlərin sintezi və boyaq maddələrinin parçalanması üçün fotokatalitik aktivliyinin öyrənilməsi» mövzusunda elmi seminarı keçirilmişdir.
Ofeliya Balayeva laylı ikili hidroksidlər əsasında polimer nanokompozitlərinin alınması, xassələri və sənayenin müxtəlif sahələrinə tətbiqi haqqında məlumat vermiş, yeni metodlarla sintez olunan ZnAl-LİH/PVS nanokompozitinin tullantı sularından boyaq maddələrinin və üzvi çirkləndiricilərin sorbsiyası və fotokatalitik parçalanması üçün yerinə yetirilmiş işlər ətrafında geniş məruzə ilə çıxış etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.