Fakültədə növbəti elmi seminar baş tutdu
04 may 2022-ci il tarixində Kimya fakültəsində Neft kimyası və kimya texnologiyası kafedrasının qiyabi doktorantı Salatın Abdurahmanlının “p-Krezol əsasında polifunksional birləşmələrin sintezi və tədqiqi” mövzusunda elmi seminarı keçirilmişdir. Salatın Abdurahmanlı 2-hidroksiasetofenon və 2-hidroksi-5-metilasetofenon əsasında yeni indoliden, tiazolidon, hidrazon törəmələrinin sintezi və bu birləşmələrin quruluşlarının NMR spektroskopiyasının müasir imkanlarının köməyi ilə öyrənilməsi haqqında məlumatları auditoriyanın diqqətinə çatdırmışdır. Salatın Abdurahmanlı 2-hidroksiasetofenon və 2-hidroksi-5-metilasetofenon törəmələrinin mikroorqanizmlərə qarşı xassələrinin öyrənilməsi, bundan əlavə alınan birləşmələrin korroziya inhibitoru xassələrinin tədqiqindən də geniş bəhs etmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.