KİMYA FAKÜLTƏSİNDƏ NÖVBƏTİ ONLAYN GÖRÜŞ TƏŞKİL OLUNUB
26.04.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Nizami Gəncəvi ili çərçivəsində “Söz Adamları ilə görüş” layihəsinin növbəti onlayn görüşü baş tutdu. Qonağımız İctimai Televiziyanın aparıcısı, jurnalist Azər Süleymanlı olmuşdur. Görüşdə ilk olaraq söz Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanova verilmişdir və o, Azər Süleymanlıya öz təşəkkürünü bildirmiş, ona yaradıcılığında uğurlar arzulamışdır. Azər Süleymanlı görüş iştirirakçılarına öz həyat yaradıcılığı haqqında məlumat vermişdir. öTələbə Gənclər Təşkilatının sədri Qədirli Əli öz növbəsində Azər Süleymanlıya və görüş iştirakçılarına tədbirdə iştiraklarına görə təşəkkür etdi. Görüş tələbələri maraqlandıran çoxsaylı sualların cavablandırılması ilə yekunlaşmışdır.