KİMYA FAKÜLTƏSİNDƏ NÖVBƏTİ ONLAYN SEMİNAR BAŞ TUTUB
17 aprel 2021-ci ildə Bakı Dövlət Universiteti Kimya fakültəsi Üzvi kimya kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə "Meyvələrin Söhbəti" adlı onlayn elmi seminar təşkil olunub. Seminar Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri İsa İsayevin moderatorluğu əsasında keçirilib. Elmi rəhbər üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev olmuşdur. Elmi seminar tələbələrin meyvələr haqqında topladıqları məlumatı təqdim edilməsi ilə davam etmişdir. "Gilas" haqqında Arzu Süleymanova; Nərmin Məmmədova; Səma Məstəliyeva, "Banan" haqqında Leyla Allahverdiyeva; Cahan İsmayılova; Aqşin Əlizadə, "Çiyələk" haqqında Əfsanə Babayeva; Ülkər Zamanova; Aytən Cabbarzadə; Məhəmməd Hüseynov, "Avakado" haqqında Röyalə Həsənova; Zəkiyyə Məmmədova; Tünzalə Səmədova; Fatimə Süleymanlı, "Qara qarağat" haqqında Validə Hümbətli; Tural Ədilzadə; Abdulqadir Şahyarov, "Alma" haqqında Sevinc Həsənova; Səma Şamilova; Vüsalə Feyzullayeva, "Üzüm" haqqında Leyla Cabbari çıxış etmişdir. Professor Namiq Şıxəliyev çıxışlara öz münasibətini bildirmişdir. Son olaraq,professor Namiq Şıxəliyev toplanmış bu məlumatları kitab formasında dərc olunması təklifini irəli sürmüş və elmi redaktorluğu öz üzərinə götürmüşdür. Layihə rəhbəri professor Namiq Şıxəliyev başçılığı ilə tədqiqat qrupların yaradılmasına start verilmişdir. Seminar tələbələrin çox saylı suallarının cavablandırılması ilə sona çatmışdır.