Kimya fakültəsində növbəti ustad dərsi keçirildi
Kimya fakültəsində Kimya müəllimliyi ixtisasının 4-cü kurs təlləbələri, Kimyanın tədrisi metodikası kafedrasının magistrantları və kafedranın professor–müəllim heyətinin iştirakı ilə professor Nasim Abışovun “Süni intellektin kimya tədrisində rolu” adlı ustad dərsi keçirilmişdir. Professor Nasim Abışov öz çıxışında həm süni intellekt anlayışı, onun yaranması, işləmə alqoritmləri haqqında, həm də süni intellektin Azərbaycan Respublikasının Təhsillində tətbiqinin mövcud imkanları və inkişaf perspektivlərindən geniş məlumat verdi. Ustad dərsi yüksək tələbə motivasiyası, interaktiv diskussiyanın müşayiəti ilə keçirildi, ustad dərsi iştirakçılarının mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşdı.