Kimya fakültəsində növbəti ustad dərsi keçirilib
13 aprel 2022-ci il tarixində Kimya fakültəsində Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov “Nüvə Maqnit Rezonansı spektroskopiyasının tətbiq imkanları” mövzusunda ustad dərsi keçirilmişdir.
İbrahim Məmmədov təqdimatında maye-bərk sistemlərin tədqiqində istifadə olunan NMR spektroskopiyasının tarixi, tibbdə, üzvi kimyada, neft kimyasında, qida və kosmetik məhsulların analizində, eləcə də digər sahələrdə metodun tətbiq imkanları, spektrometrlərin işləmə prinsipi, nüvə spinləri və s. haqqında məlumatları auditoriyanın diqqətinə çatdırmışdır. İ.Məmmədov müxtəlif sahələrdə NMR-in tətbiqini misallar üzərində geniş izah etmişdir. O cümlədən, məruzəçi çıxışında Bakı Dövlət Universitetində rəhbərlik etdiyi kafedrada görülən işlərdən bəhs etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.