Kimya fakültəsində tələbələrin növbəti elmi seminarı
12 mart 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə Analitik kimya kafedrası "Molekulyar spektral analiz metodları" mövzusunda elmi seminar keçirtmişdir. Seminarda III kurs tələbəsi Aynur İsmayılova məruzə etmişdir. Məruzədə spektroskopiya nədir,onun əhəmiyyəti və növləri,spektrlər: atom və molekul spektrləri, molekulyar spektral analiz, atom spektral analiz, onların əsas fərqləri, spektrofotometriya, spekteral cihazlar və işıqudmanın əsas qanunu şərh olunmuşdur. Daha sonra analitik kimya kafedrasının müəllimi kimya üzrə fəlsəfə doktoru Fidan Bəhmənova mövzu barədə əlavələrini qeyd etmiş, tələbələrlə qarşılıqlı müzakirə apardıqdan sonra, seminar çoxsaylı sualların cavablandırılması ilə yekunlaşmışdır.