Kimya fakültəsində Türkiyənin Qars Qafqaz universitetinin professoru. Dr. Hacalı Nəcəfoğlunun ustad dərsi keçirildi
23 Dekabr 2025 12:37

Kimya fakültəsində Türkiyənin Qars Qafqaz universitetinin professoru. Dr. Hacalı Nəcəfoğlunun “Metal aril karbosilatların nikotin-amid iştirakında kompleks birləşmələrinin sintezi, qruluşu və tətbiq sahələri” mövzuda ustad dərsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Fakültə dekanı Fuad Kərimli qonağı salamlamış və qeyd etmişdir ki, Türkiyə universitetləri ilə əməkdaşlıq, birgə layihələrin işlənib hazırlanması, o cümlədən magistrant və doktorant mübadiləsinin həyata keçirilməsi günün vacib məsələlərindən biridir. Hazırda fakültədə bu istiqamətlərdə çoxşaxəli işlər görülməkdədir.Sonra söz Hacalı Nəcəfoğluna verilmişdir. O, çıxışında Bakı Dövlət Universitetinin kimya fakültəsinin əməkdaşı olduğunu, sonradan qardaş Türkiyəyə getməsi ilə əlaqədar xatirələrini bölüşmüşdür. Bununla yanaşı, məruzəçi işlədiyi universitetin əməkdaşlıq imkanları və gələcək perspektivlər haqqında da məlumatlar vermişdir. Çıxışının davamı olaraq müxtəlif hetroatomlu komplekslərin alınması, sintez edilmiş monokristalların quruluş analizləri və müxtəlif sahələrdə sınaqları, eləcə də nüfuzlu jurnallarda nəşri haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır.
Qarşılıqlı müzakirədən sonra, ustad dərsi sualların və onların cavablandırılması ilə yekunlaşdırılmışdır.
Son XƏBƏRLƏR
30.06.2026 | 21:11
Kimya fakültəsində bakalavriatura səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır
30.06.2026 | 20:54
İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub
24.06.2026 | 21:45
BDU QİDA KİMYASI ÜZRƏ MÜTƏXƏSSİS HAZIRLIĞINA BAŞLAYIR
03.06.2026 | 15:16
Kimya fakültəsinin tələbələri Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada fəal iştirak ediblər
25.05.2026 | 11:29