Elmi Şuranın növbəti iclası keçirildi
8 dekabr 2023-cü il tarıxində Kimya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Sədr Fuad Kərimli Elmi Şuranın gündəliyini Şura üzvlərinin diqqətinə çatdırdı. İclasda 2022-2023-cü tədris ilində kafedraların və Elmi tədqiqat laboratoriyalarının illik elmi hesabatları geniş müzakirə olunaraq təsdiq olundu. Sonra doktorantların mövzu və rəhbərin təyini, dissertasiya işi yekunlaşmaq üzrə olan bir neçə doktorantlantın mövzunun adının qismən redaktə olunması, magistr və doktorantura təhsil pilləsi üçün tədris proqramları müzakirə edilətək qəbul edildi. Gündəlikdə olan məsələlərin müzakirəsi başa çatdıqdan sonra Elmi Şura işini yekunlaşdırdı.