Kimya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirildi
22 fevral 2024-cü il tarıxində Kimya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Sədr Fuad Kərimli Elmi Şuranın gündəliyini Şura üzvlərinin diqqətinə çatdırdı. İclasda 2023-2024-cü ilin payız semestrinin imtahan sessiyasının nəticələri müzakirə olundu. Sonra doktorantların attestasiyası, dissertasiya işi yekunlaşmaq üzrə olan bir neçə doktorantlantın mövzunun adının qismən redaktə olunması, magistratura və doktorantura təhsil səviyyələri üçün, “kimya mühəndisliyi” və “kimya müəllimliyi” ixtisasları üçün tədris proqramları müzakirə edilərək qəbul edildi. Gündəlikdə olan məsələlərin müzakirəsi başa çatdıqdan sonra Elmi Şura işini yekunlaşdırdı.