Kimya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirildi
05 iyun 2024-cü il tarıxində Kimya fakültəsinin Elmi Şurasının 2023-2024-cü tədris ilində sonuncu iclası keçirilmişdir. Sədr Fuad Kərimli Elmi Şuranın gündəliyini Şura üzvlərinin diqqətinə çatdırdı. İclasda 2023-2024-cü tədris ilinin yaz imtahan sesiyyasının yekunları, Tədris işləri üzrə dekan müavini Natəvan Mahmudovanın, Elmi işlər üzrə dekan müavin Farid Nağıyevin, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanovun hesabatları müzakirə olunaraq təsdiq olundu. Sonra Elmi Şuraya təqdim olunmuş Üzvi kimya kafedrasının dosenti Rakif Atakişi oğlu Qasımov tərəfindən hazırlanmış Biologiya fakültəsi üçün “Kimya” fənni üzrə dərs vəsaiti, “Alkenilfenollar kimyası” ETL-nin elmi işçisi, k.ü.f.d. Günay Müzakir qızı Mehdiyevanın təqdim etdiyi “Fenol birləşmələri, onların çevrilmələri və tətbiq sahələri” adlı monoqrafiyası müzakirə olunaraq qrif alınması üçün tövsiyyə olundu. Gündəlikdə olan məsələlərin müzakirəsi başa çatdıqdan sonra Elmi Şura işini yekunlaşdırdı.