Kimya fakültəsinin Həmkarlar təşkilatının hesabat-seçki yığıncağı olmuşdur
27.02.2024-cü il tarixində Kimya fakültəsinin Həmkarlar təşkilatının hesabat-seçki yığıncağı olmuşdur. Tədbirdə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabbarov, sədr müavini professor Məcnun Babayev iştirak etmişdir.
İlk öncə Kimya fakültəsinin Həmkarlar təşkilatının sədri Fuad Sadıqovun hesabatı dinlənilmişdir. Daha sonra hesabat ətrafında professor Teymur İlyasllı, professor Yasin Cəfərov, Kimya fakültəsinin dekanı dosent Fuad Kərimli, dekan müvini dosent Taleh Qəhrəmanov çıxış etmiş və müəyyən təkliflər vermişdir.
Sonda fakültə həmkarlar təşkilatının 9 nəfərdən ibarət yeni idarə heyəti seçilmişdir. Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru Fuad Sadıqov fakültə həmkarlar təşkilatının sədri seçilmişdir.