Kimya fakültəsinin IV kurs tələbələrinin pedoqoji təcrübələri başa çatmışdır
30 may 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsində “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin pedoqoji təcrübəsinin başa çatması ilə əlaqədar konfrans keçirilmişdir. Konfransda Kimya fakültəsinin tədris işləri üzrə dekan müavini Natavan Mahmudova, “Kimyanın tədrisi metodikası” kafedrasının müdüri Xəlil Nağıyev, kafedranın əməkdaşları Kamil Haqverdiyev, Rəna Abdinbəyova, Gülnar Mirbağırova, Arzu Paşayeva, Lalə Nəsibova, Nəzakət Məlikyegənova, Aytən Əsgərova, Esmira Rəsulova, Aynurə Ələkbərli və IV kurs “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişdir. Konfransı giriş sözü ilə açan “Kimyanın tədrisi metodikası” kafedrasının müdüri Xəlil Nağıyev konfrans iştirakçılarını salamlayaraq məlumat verdi ki, IV kurs “Kimya müəllimliyi” ixtisası üzrə azərbaycan və rus bölmələrinin tələbələri 2024-cü il fevral ayının 19-dan may ayının 25-dən Bakı şəhərində yerləşən 8 məktəbdə - BDU-nun nəzdində Gənc İstedadlar Liseyində, 8, 19, 20, 53, 60, 135 və 176 saylı məktəblərdə yüksək səviyyədə pedoqoji təcrübə keçmişdir. Əvvəlcə 2 həftə əzində passiv təcrübə keçdikdən sonra bütün təcrübəçi tələbələr açıq dərslər aparmışdır. Açıq dərslərdə metodist müəllimlər, məktəbin kimya müəllimləri, rəhbərliyi, bəzi dərslərdə isə həm də kafedra müdiri iştirak edtmişdir. Açıq dərslər yüksək qiymətləndirilmişdir. Açıq dərslərin təhlili təcrübəçi müəllimlərin yüksək ixtisaslı kadrlar kimi yetişdiyi və gələcəyə ümidlə baxmağa imkan verir. Təcrübə müddətində bütün tələbələr təcrübə prosesində fəal iştirak etmiş və heç nizam-intizam qaydası pozuntusuna yol verilməmişdir. Təçrübəci tələbələr məktəblərdə şagirdlərin kimya elminə marağının daha da artmasına səbəb olacaq dərəcədə qürurverici fəaliyyət göstərmişdir. Təcrübə müddətində “Kimyanın tədrisi metodikası” kafedrası və təcrübəçi tələbələrin təşkilatçılığı ilə Paşa Nəzərov adına 60 saylı, Mehdi Hüseynzadə adına 19 saylı və Əliağa Şıxlinski adına 135 saylı tam orta məktəblərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Kimya gecəsi” adlı tədbirlər kecirilmişdir. Çıxışının sonunda X.Nağıyev pedoqoji təcrübəni yüksək səviyyədə keçdikləri üçün tələbələrə minnətdarlığını bildirdi, gələcək şəxsi və pedoqoji fəaliyyətlərində uğurlar arzuladı. Kimya fakültəsinin dekan müavini Natavan Mahmudova çıxış edərək konfrans iştirakçılarını fakültə rəhbərliyi adından salamladı və Kimya fakültəsinin təcrübəci tələbələrinin pedoqoji praktikada qazandıqları uğurlardan, bu müddət ərzində gələcəyin yüksək ixtisaslı kadrları kimi yetişməsi üçün böyük təcrübə topladığını qeyd etdi. “Kimyanın tədrisi metodikası” kafedrasının müəllimləri Kamil Haqverdiyev və Arzu Paşayeva çıxış edərək tələbələrin pedoqoji təcrübə müddətində uğurlu fəaliyyətindən danışdı və IV kurs tələbələrinə gələcək fəaliyyətində uğurlar arzuladı. Konfransın sonunda xatirə şəkilləri çəkilmişdir.