Kimya fakültəsinin tələbələri Bakı Beynəlxalq Kitab Sərgisində
06 oktyabr 2024-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdilər. Tələbələrin böyük marağına səbəb olan sərgi zamanı müxtəlif yerli və xarici müəlliflərin kitab təqdimatlarında və imza təqdimatlarında iştirak etmişlər. 6 oktyabr tanınmış detektiv yazıçı Elxan Elatlının “Ölümsüz qətl” kitabının təqdimatı və imza saatı baş tutub, tələbələr yazıçının imza saatında iştirak ediblər. Müxtəlif stendlərdə yeni nəşr kitablarla və maraqlı incəsənət nümunələri ilə tanış olublar. Ekspo mərkəzdə təqdim olunan sərgidə nümayiş olunan rəsm əsərləri tələbələrin xüsusi marağına səbəb olub. Tələbələr sərgidə olan müxtəlif nəşriyyatların təqdim etdiyi kitablardan alıb, son olaraq kollektiv xatirə şəkili çəkilib.