Kimya fakültəsinin tələbələri Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada fəal iştirak ediblər
3 İyun 2026 15:16

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Qarabağın Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada Kimya fakültəsinin tələbələri fəal iştirak ediblər. Səfər çərçivəsində tələbələr ilk olaraq Xankəndi şəhərində yerləşən Qarabağ Universitetini ziyarət edib, daha sonra şəhərin simvollarından biri olan Zəfər tağı ilə tanış olublar. Ekskursiya zamanı iştirakçılar bölgədə həyata keçirilən yenidənqurma və inkişaf proseslərini yaxından müşahidə etmək imkanı əldə ediblər. Səfərin davamında tələbələr Şuşa şəhərinə yollanaraq Şuşa qalasını, Cıdır düzünü və şəhərin digər tarixi-mədəni məkanlarını ziyarət ediblər. Qarabağın zəngin tarixi, mədəni irsi və təbii gözəllikləri tələbələrdə dərin təəssürat yaradıb.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20