Kimya fənni üzrə IV Respublika Olimpiadasının qalibləri mükafatlandırıldı

Bakı Dövlət Universitetində kimya üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək məqsədilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Kimya fənni üzrə IV Respublika Olimpiadasının qalibləriniin mükafatlandırılması mərasimi keçirilmişdir. Olimpiadada Respublikamızın müxtəlif ali təhsil müəssisələrindən 52 tələbə iştirak etmişdir. Müsabiqənin nəticələrinə əsasən 12 tələbə Olimpiadanın qalibi olub. Olimpiada qaliblərinə diplomlar təqdim olundu. Qalib tələbələrin hər birinə uğurlar arzulayırıq.